F-1.az xatırladır ki, 22 yaşlı sürücü Hunqarorinqdə 6-cı olaraq, karyerasında 3-cü dəfə xal qazanıb.
Pyer Qasli: “Bu şəraitdə çətin oldu, amma əla nəticə idi. Problem yaşadığımız bir neçə yarışdan sonra əla oldu. Məncə, başımıza gələn ən gözəl hadisədir. Tətilə yaxşı getməyimizə səbəb oldu. Kevin arxamda çox hücum edirdi və Haas-ın tempindən xəbərdar idim. Bacardığımı etdim və limitlərdə sürdüm. Əla idi!”