F-1.az xatırladır ki, fransalı sürücü bu il Bəhreyndən başqa bütün yarışlarda xal qazanıb.
Pyer Qasli: “Bakı bizim komanda üçün həmişə yaxşı tras olub. Daniil 2019-cu ildə burada sürətli idi. Bakı Şəhər Halqası qeyri-adi trasdır. Bolidin sazlanmaları da fərqli olur. Qala divarları tərəfdə porebrikləri götürüblər və buna görə də maraqlı olacaq.
Lakin bilirəm ki, Formula1-dən heç nə gözləmək olmaz. Çünki sürətli olduğunu düşünəndə həftəsonu çətin keçir. Lakin çətin olacağını düşünəndə hər şey qaydasında gedir. Görək nə olur”.