P.Qasli: Bakıda işlər tərs getdi

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bakıda bütün işləri tərs gedib.

F-1.az xatırladır ki, fransalı sürücü Bakıda xalsız qalıb. O, həftəsonu ərzində problemlərlə qarşı-qarşıya qalıb.

Pyer Qasli: “Bizim keçirdiyimiz həftəsonundan çətinini heç kim keçiryib. Növbəti yarışlar barədə düşünməliyik. Bizim üçün hər şey tərs getdi və pis performans göstərdik.

Buna görə də hadisələrə obyektiv və dürüst yanaşmaləyıq. Melburnda və ilk iki yarışda daha yaxşı performans göstərdik. Bakıda isə onların yanından keçə bilmədik. Buna görə də vəziyyəti təhlil etməli və bunun təkrarlanmaması üçün işləməliyik. Çempionatda belə səhvlərə yer yoxdur.

Birinci sessiyada sadəcə dörd dövrə vurduq və yenilikləri təhlil etməyə vaxt olmadı. Real test etmədən maşını qapalı parka çəkdilər və bu işləri çətinləşdirdi. Ancaq bu hal hamı üçün eyni idi. Mən sadəcə zəif performans göstərdiyimizi düşünürəm. Hər şeyi təhlil edəcəyik. Bundan daha güclü olduğumuzu bilirəm və Mayami yarışı üçün səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*