F-1.az xatırladır ki, “yaşıllar” mövsümöncəsi qış tesrlərində yaxşı təsir bağışlayıb və bəzilərinin fikrincə onlar peletonda üçüncü sürətli komandadırlar.
Pyer Qasli: “Görək nə olur, ancaq hədəfimiz üçlüyə düşməkdir. Geriyə baxmaq istəmirik, amma rəqiblərimizi də gözardı edə bilmərik. Aston Martin testlərdə güclü görünürdü. Məncə, çox güclü görünən bir neçə komanda da var.
Əsas hədəf üçlüklə fərqi bağlamaqdır. Belə olan halda podiuma yüksəlmək şansımız da olacaq və bu həyəcanvericidir”.