F-1.az xatırladır ki, Alphatauri keçən həftə Fransaya böyük yeniliklər gətirsə də, komanda geridə qalmışdı. Lakin yeniliklər Macarıstanda da istənilən effekti verməyib və Qasli cümə gününü 15-ci yerdə bağlayıb.
Pyer Qasli: “Dövrəmdən razı idim. İkinci sərbəst yürüşlərdə yaxşı dövrə vurdum. Performans cəhətdən yaxşı deyilik. Bunu anlamalıyıq. Bolidin balansında problem yoxdur. Problem asfaltla ilişmədədir. Çox sürüşürük.
Şənbə günü bolidi bir az təkmilləşdirəcəyik. Ümid edirəm ki, sıralanma turunda ikinci sessiyaya qalarıq”.