F-1.az xatırladır ki, fransalı sürücü yarışa 5-ci yerdən başlayıb və bütün yarışboyu arxasında Lyuis Həmiltonu arxasında saxlayıb. Lakin o, fərqli taktikadan istifadə edən Pereslə Fettelin gerisinə düşüb.
Pyer Qasli: “Bəli, əyləncəli idi. Sıralanma turunda 6-cı olaraq, builki ən yaxşı start mövqeyimizi əldə etmişdik. Yarışda da bumövsümkü ən yaxşı nəticəmizi qazandıq.
Lyuis 78 dövrə ərzində arxamızda idi və buna görə yarış çətin keçdi. Səhv etmək olmazdı. Lyuis bizdən əvvəl pitə girərək, məni təzyiqə saldı. Ona cavab verməli idik. Biz də pitə girdikdən sonra Pereslə Fettelə boş tras qaldı və onlar pitlərdə bizi qabaqladılar. Lakin nəticədən razıyam”.