F-1.az xatırladır ki, AlphaTauri 2021-ci ildə 142 xalla Mühəndislər Kubokunda altıncı olsa da, 2022-ci ildə 35 xalla 9-cu yeri tuta biliblər.
Pyer Qasli: “Bolid 2021-ci ildəki ilə eyni səviyyədə deyildi. Buna baxmayaraq, ondan maksimumu almağa çalışdıq. Belə hallarda mühəndislərin motivasiyasını da qorumaq çətin olur. Çünki 2021-ci ildə hamı üçün əla idi və ən yaxşı mövsümümüzü keçirmişdik. 2022-ci ildən gözləntimiz çox olsa da, geridə qaldıq”.