P.Prodromu: “Ən gözəl bolid W08-dir”

McLaren komandasının baş mühəndisi Piter Prodromu bildirib ki, 2017-ci ilin ən gözəl görünən bolidi Mercedes W08-dir.

F-1.az xəbər verir ki, Prodromu Mercedes-in bolidinə heyran qalıb və bildirib ki, W08 və SF70H-in T formalı qanadları gələcəkdə nüsxələnə bilər: “Bəzi komandalar yeni reqlamentdən fərqli formada istifadə ediblər və T formalı qanadlar düzəldiblər. Hazırda biz də bunu dəyərləndiririk.

İndiyə qədər məni ən çox təsirləndirən bolid W08 olub. Sözün açığı, Mercedes-in üzərində ciddi formada işləyiblər. Hələki gözəçarpan yenilik yoxdur”.

Prodromu bildirib ki, onlar MCL32-nin üzərində 2015-ci ilin payızından işləyiblər: “Bu layihəyə 18 ay əvvəl başladıq. Buna görə də yaxşı nəticələr əldə edə bilərik. Bizim indiki məqsədimiz tezliklə yaxşı nəticələr qazanmaqdır. Buna görə də yenilikləri bacardığımız qədər tez gətirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*