P.Pike mövsümə Toyota Racing Series-də başlayacaq

Üçqat dünya çempionu Nelson Pikenin 17 yaşlı oğlu Pedro gələn həftəsonu start alacaq Toyota Racing çempionatının favoriti hesab olunur...

F-1.az xəbər verir ki, 2015-ci ildə Pedro Pike Braziliyanın Formula3 çempionatında dominantlıq edib, amma Yeni Zelandiya çempionatında rəqabət daha güclüdür – onun rəqibləri arasında MSA Formula çempionatının qalibi Lando Norris, Ferrari-nin sürücülük akademiyasının dinləyicisi Quan Yu Jou, hindistan çempionu Ceyhan Daruvula və rusiyalı Artyom Markelov seçilirlər.

Gözəl hava, sürətli maşınlar və ucuz iştirak haqqı imkan verir ki, gənc sürücülər Toyota Racing çempionatında mövsümə daha erkən başlasınlar. Çempionat cəmi 6 həftə davam edəcək və fevralın 14-də başa çatacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*