F-1.az xatırladır ki, venesuelalı sürücü PDVSA neft şirkətinin maliyyə böhranı yaşamasına görə 2015-ci ilin sonunda Formula1-dən getməli olmuşdu. Qeyd edək ki, Maldonado 2012-ci ildə Barselonada qalib gələrək, Formula1 karyerasının yeganə uğuruna imza atmışdı.
Pastor Maldonado: “Formula1-də təcrübəsi olan sürücüyəm və təkliflərin gəlməsi labüddür. Lakin mən daha güclü komandada mübarizə aparmaq istəyirəm. Hazırda yarışmamağım məni məyus edir, lakin həyatda daha vacib şeylər var. Amma hər şeyimi Formula1-ə bağlayaraq yaşamaq istəmirəm. Nəticədə 6 yaşımdan avtoidmanın içində olduğum üçün bu aura üçün darıxıram. Bir gün yarışmağı doğrudan istəsəm, qayıda bilərəm”.