F-1.az xatırladır ki, PDVSA neft şirkəti Renault-ya zəruri məbləği ödəyə bilmədiyi üçün Maldonado komandadan göndərilmişdi.
Maldonado 2016-cı ildə Formula1-də yarışmayacaq. Venesuelalı sürücü bildirib ki, PDVSA ondan ayrılandan sonra sponsorsuz qalıb: “Vəziyyət bir neçə saat ərzində dəyişdi. Sponsorsuz qaldım və hər şey o zaman bitdi.
Kin hiss etmirəm, amma xoşbəxt də deyiləm. Heç nə hiss etmirəm. Bu açıq səmada çaxan ildırım kimidir.
PDVSA barədə heç nə demək istəmirəm, çünki bunlar şəxsi söhbətlərdir. PDVSA həmişə böyük işlər görüb. Məni və digər sürücüləri həmişə dəstəkləyib. Əminəm ki, onlar başqa idman növlərində sponsorluqlarını davam edəcəklər”.
Maldonado Williams və Lotus haqqında da danışıb: “Hər iki komandanın ən pis dövrlərinə düşdüm.
Williams ilə qazanmaq əla idi. Buna layiq idim. Bu mənimçün ən böyük sürpriz idi. Williams zavodunda olan şənliyi heç vaxt unutmaram.
Keçən il bolidimiz yaxşı idi. Ona görə də yaxşı nəticələr ala bilməməyimiz utancverici idi. Mövsümün sonuna doğru maliyyə problemlərimiz artdı və bolidi təkmilləşdirə bilmədik. Köhnə detallarla yarışmalı olduq. Belə olan halda da çox vaxt yarış xarici qaldıq”.