P.Maldonado: “Formula1-ə güclü komanda ilə qayıtmaq istəyirəm”

Pastor Maldonado mövsümün əvvəlində itirdiyi Formula1 oturacağını yenidən geri almaq istəyir və ümid edir ki, PDVSA ona bu işdə kömək edəcək...

F-1.az xatırladır ki, PDVSA neft şirkəti sponsorluqdan imtina etdiyi üçün Pastor Maldonado mövsümün əvvəlində Renault-dan göndərilmişdi.

Maldonado keçən ilin sonuncu yarışı Əbu Dabidən sonra ilk dəfə Formula1 padoklarında görünüb və jurnalistlərin suallarına cavab verib. Venesuelalı sürücü bildirib ki, Formula1-dən imtina etməyib: “Formula1 mənim üçün A planıdır. Çalışacam ki, güclü bir komanda ilə geri qayıdım. Bu mənə mübarizə aparmaq fürsəti verəcək. Əgər bunu bacara bilməsəm, başqa alternativlərə baxacam.

Hazırda edəcəyim tək şey testlərdə iştirak etmək, olanları izləmək olacaq. Gələn il harada olacağımı anlamalıyam.

PDVSA Venesuelada çoxlu idman proqramına sponsor olub və belə görürəm ki, onlarla işləməyə davam edirlər. Ümid edirəm ki, problemləri həll edərlər və yenə də onların dəstəyini alaram.

Hazırda bu cür performans göstərə bilən yeganə venesuelalı sürücüyəm. Onlar neçə illərdir ki məni dəstəkləyirlər və yaxşı münasibətimiz var. Uzun illər onlarla birgə işləyəcəyimi düşünürəm. Neftin qiyməti düşüdüyü üçün bəzi problemlər oldu, amma ümid edirəm ki, hər şey qaydasına düşəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*