F-1.az xatırladır ki, Formula1-də bir neçə mövsüm keçirdikdən sonra bu ilin əvvəlində Venesuelanın PDVSA neft şirkəti Pastor Maldonadoya sponsorluq etməyəcəyini açıqlamışdı. Beləliklə də, o, bu mövsüm Formula1-də iştirak etməkdən məhrum olmuşdu. Lakin karyerasını yarımçıq saxlamaq fikrində olmayan Maldonado gələcəyi ilə bağlı qərar vermək üçün vaxtının çox olduğunu düşünür. O, GPUpdate.net resursuna müsahibəsində bu haqda danışıb.
Pastor Maldonado: “Hazırda Formula1-də olduqca yaxşı vəziyyətdə olan bir komanda ilə danışıqlar aparıram. Lakin bir nəticə əldə edə bilməsəm, başqa variantlara da baxacam. İndyCar tamamilə fərqli seriyadır. amma oval traslarda keçirilən yarışlarla da tanış olmaq istədim. ABŞ-da idim və öz-özümə dedim ki, gedib bir yarışı izləyim.
Hələ qərar vermək üçün çox tezdir, amma bu seriya da diqqətimi cəlb etdi. Tamamilə fərqli, amma kifayət qədər yarış təcrübəm var. Buna görə də burada yarışmaqda çətinlik çəkəcəyimi düşünmürəm”.