F-1.az xatırladır ki, britaniyalılar son illərdəki ən bərbad sıralanma turu performansını göstərərək, 18-ci və 20-ci yerləri tutublar.
Pəddi Lou: “Yarışa belə geridən başlamaq istəməzdik. Amma bəzi səbəblərə görə tempimiz zəifdir. Bu səbəblərin bəzilərini bilirik. Bəzilərindən isə xəbərimiz yoxdur. Daha çox işləməliyik. Bu cür sıralanma nəticəsindən sonra yarış da çətin olacaq. Amma həmişəki kimi əlimizdən gələni edərək, ən yaxşı nəticəni almağa çalışacağıq. Əsl gücümüzü yarışda görəcəyik”.