P.Lou tələyə düşüb

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, komandadaxili problemləri anlamayaraq tələyə düşüb.

F-1.az xatırladır ki, 2017-ci ildə Mercedes-dən ayrılaraq Williams-a keçən Lou 2018-ci il maşınını düzəltsə də, bolid çox zəif olmuşdu. Bunun nəticəsində britaniyalılar 2018-ci ildə sonuncu yeri tutmuşdular.

Pəddi Lou: “Williams “sadəcə üç şeyi dəyişsək, hər şey gözəl olacaq və yarışlar qazanacağıq” düşüncəsindən qurtulmalıdır. Bu zehniyyət Williams komandasında çoxdan var. Əsl fəlsəfə belə olmalıdır: Hər şeylə mübarizə aparmaq mümkündür və illər keçdikcə hər şey yaxşılaşmalıdır. Əks halda güclü rəqiblərdən geri qalarsınız. Formula1-dəki 10 komanda da maliyyə cəhətdən əvvəlki illərə nisbətən yaxşı idarə olunurlar. Hamısında istedadlı və təhsilli mühəndislər var. Olduğunuz yerdə saya bilməzsiniz. Mən də komandaya gələndə bu tələyə düşdüm.

Komanda daxilində hər şeyi həll edəcəyik. Bunu gizli formada etmək daha yaxşıdır. Komandamın işçiləri dəyişiklikləri mətbuatdan oxumamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*