F-1.az xatırladır ki, Rosberq 2006-cı ildə başladığı Formula1 karyerasını 2016-cı ildə bitirib. Rosberq 2010-cu ildə transfer olduğu Mercedes komandası ilə çox uğur qazanmış və bu il Dünya Çempionu olmuşdu.
Pəddi Lou: “Mühəndis kimi baxanda Nikonu itirmək bolidin bir hissəsini itirmək kimidir. Bunu necə düzəldə bilərsən? Növbəti həftələrdə bu mövzunun üzərində işləyib ən yaxşı qərarı vermək istəyirik. Çempion olmaq üçün xal qazanmalıyıq. Bunu etmək çox çətindir, çünki güclü rəqiblərimiz var. Bu mərhələdə Niko kimi sürücünü itirmək heç də yaxşı olmadı. Son üç mövsümdəki uğurlarımızı təkrarlamaq üçün mükəmməl bolidə və mükəmməl komandaya ehtiyacımız var. Eyni zamanda az səhv edən sürücülərə ehtiyacımız var”.