F-1.az xatırladır ki, televiziyadakı görüntülərdə FİA-nın texniki nümayəndəsi Co Bauer asılqan elementlərinin ağırlığını çəkmək üçün tərəzidən istifadə edirdi. Reqlamentə əsasən qırmızı bayraq zamanı bolidin hansısa hissəsi dəyişdirilirsə, həmin hissə originalından yüngül olmamalıdır. Mercedes də FİA-ya bunu göstərirdi.
Pəddi Lou: “Bolid quru hava üçün sazlanmışdı. Yağışın şahidi olmasanız, bolidi quru havaya uyğun sazlamalısınız. Yağış sazlanması etmək qumar olardı. Çox vaxt yağışda quru hava sazlanması ilə mübarizə aparmışıq. Gördük ki, yağış dayanan deyil və yağış sazlanması etdik. Yağışlı havada balansı təmin etmək üçün döngə balansını dəyişdirdik. Elə vəziyyətdə yüngül detalları çox təzyiqə salmaq olmaz. Buna görə də FİA nəzarətə gəldi. Zaman nəticələri, sürüş və balans pis deyildi. Hər şey yaxşı görünürdü. Bu, onu göstərirdi ki, biz düzgün sazlanma seçmişik”.
Pəddi Lou Braziliyadakı qələbəni 2011-ci ildə Battonun qazandığı Kanada yarışına bənzədib: “Yağışlı başladı və yağışlı davam etdi. Bu iki yarış çox bənzəyirdi. Amma o yarışda əsas olan təkərləri və əyləcləri isitmək idi. Düz sazlanma seçmişdik və Censon arxa sıralardan gələrək, qələbə qazanmışdı”.