F-1.az xatırladır ki, Britaniya təmsilçisi bu mövsüm bərbad çıxış edir və yalnız Ləns Strolla Bakıda xal ala biliblər.
Pəddi Lou: “Kanadadakı problemlərimiz mövsümün əvvəlindəkilərlə eynidir. Bunları həll etməliyik. Problemlərin səbəbi aerodinamikadır və həll etmək üçün vaxt lazımdır. Həll etmək asan deyil. Hamı üçün çətin dövrdür. Çünki bolid zəif olsa da, olmasa da, hamı eyni işi görür. Əhvalımız yüksək olmalıdır. Lakin boliddə problem varkən bunu təmin etmək çətindir”.