F-1.az xatırladır ki, Felipe Massa sıralanma turunda 17-ci, Ləns Stroll isə 18-ci yeri tutmuşdu. Bu Williams komandasının 2014-cü il Britaniya Qran Prisindən sonra ən bərbad sıralanma turu olsa da, britaniyalılar yarışda 9-cu və 10-cu yerləri tutaraq, 2016-cı ilin Meksika yarışından sonra, yəni 10 yarışdan sonra ilk dəfə hər iki sürücü ilə xal qazanıblar.
Pəddi Lou: “Bəli, bizim üçün gözlənilməz nəticə oldu. Bizim üçün əla yarış oldu. Nəticəyə görə sevincliyik, çünki yarışa arxa yerlərdən başlamışdıq. Sıralanma performansımızı təhlil etməliyik. Cümə günü yarış tempində güclü idik. Problem boş çən performansındadır. Telemetriya məlumatlarına baxaraq, vəziyyəti başa düşməyimiz üçün bir neçə gün lazımdır”.