F-1.az xatırladır ki, Britaniya təmsilçisi testlərdə heç də yaxşı təsir bağışlamayıb.
Pəddi Lou: “Hazırda bolidin çatışmayan tərəfi döngələrdir. Sözün düzü, bu, çox rastlanan haldır. Lakin bizim bolidimizdə vəziyyət lap pisdir. Məncə, bu problemi həll etsək, zaman nəticələrimiz daha da yaxşılaşar. Çünki bolid təkcə döngə girişində zəifdir. Döngənin digər hissələrində çox güclüdür. Belə şeylər çox vaxt aerodinamikadan qaynaqlanır. Təkərdən də ola bilər”.