F-1.az xatırladır ki, Formula1-in əfsanəvi komandası ilk 3 yarışdan xalsız ayrılıb. Lakin əksəriyyət pis gedişatın komandanın gənc və sponsorlu sürücü heyətinə görə olduğunu düşünür.
Pəddi Lou: “Bir bolidi təkmilləşdirməyin ən asan yolu standart testlərin edilməsidir. Bunu da laboratoriyada edirik. Bu testlərdən sonra bolidi iki fərqli sürücü idarə edir. Onlar da eyni effekti vermir. Sürücü bolidi bir az inkişaf etdirə bilər. Düzdür, sürücülərimiz rəqiblərinə nisbətən təcrübəsizdirlər. Lakin onlardan razıyıq. Hazırda bolidin güücünü də nəzərə alsaq, əla iş görürlər. İkisi də gəncdir və təkmilləşir. Bolidimizi də gücləndirsək, onlar performanslarını artıracaqlar”.