P.Lou: “Podiumu əldən verdik”

Williams komandasının texniki direktoru Pəddi Lou top-komandaların 3 sürücüsünün mübarizəni dayandırdığı İspaniya yarışında komandasının xalsız qalmasına məyus olub.

F-1.az xatırladır ki, Felipe Massa İspaniyada startdan sonra ikinci döngəyə gələrkən, Alonso ilə təmas yaşamış və erkən pit-stop etməli olmuşdu. Yarışın sonunda isə braziliyalı sürücü 13-cü, komanda yoldaşı Ləns Stroll 14-cü olmuşdu.

Pəddi Lou: “Yarış bizim üçün daha yaxşı ola bilərdi. Öndəki sürücülərin mübarizəni dayandırmaları ilə yüksək nəticələr əldə edə bilərdik. Amma problemlər bizdən əl çəkmədi və xalsız qaldıq. Felipe əla start alaraq, bir neçə nəfəri keçsə də, təmas onun yarışını məhv etdi. Yarış tempinə görə Rikkardoya çox yaxın idi. Əgər problem yaşamasaydıq, podium uğrunda mübarizə apara bilərdi, amma alınmadı. Sonrakı yarışda görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*