P.Lou niyə bezib?

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Halonun faydası görüntüsündən vacibdir.

F-1.az xatırladır ki, Halo sistemi bu mövsümdən icbari olacaq və Formula1, Formula2 və Formula E-də istifadə ediləcək.

Pəddi Lou: “Bu, böyük mübarizə gətirdi. Bu qış ən böyük çətinliyimiz Halonun yüklərini qarşılayabiləcək və minimum çəkidə şassi hazırlamaq idi. Hər şey yaxşıya doğru gedir və bu hal təhlükəsizlik üçün vacibdir. Məncə, idmandakı əsas riski azaltmışıq. Yeganə problem estetika kimi görünür, amma riskləri azaltdığını düşünsək, bu söhbətlər bezdiricidir. Bu cihaz idmana gəldiyi üçün sevinirəm. Heç kim bir adamın ölümünü istəməz. Məncə, bu cihaz belə problemləri həll edəcək. Təbii ki, görüntüsü üzərində də işləyə bilərik, amma əlimizdə olan qurğunu dəyişmək üçün heç bir səbəb görmürəm. Halonun vəzifəsi böyük və ağır şeylərin kokpitə çırpılmasının qarşısını almaqdır. Xüsusən də, uçan maşınların. İllər ərzində bolidlərin bir-birilərinin üzərindən uçduqlarını və sürücülərin başının üzərindən uçduqlarını gördük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*