P.Lou: “McLaren-ə fikir verməliyik”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, bu il McLaren-ə fikir vermək lazımdır.

F-1.az xatırladır ki, Honda-nın problemlərindən bezən McLaren komandası 2017-ci il mövsümü bitmədən yaponlarla müqaviləni ləğv etmiş və Renault ilə müqavilə bağlamışdı.

Pəddi Lou: “Honda mühərrikləri inkişaf etdikdən sonra McLaren orta qrupda əla performans göstərmişdi. İndi isə Renault mühərrikləri ilə daha güclü olacaqlarını gözləyirəm və hamı üçün ciddi rəqib olacaqlar. Biz də digərləri kimi diqqətli olmalıyıq.

2017-ci il istədiyimiz kimi keçmədi və boliddən istədiyimiz performansı ala bilmədik. Bəzi səhvlərimiz oldu və bəxtimiz gətirmədi. Bu ilə daha yaxşı başlanğıc etmək istəyirik. Bütün çətinliklərə baxmayaraq, beşinci olduğumuz üçün xoşbəxtəm. İndi isə mübarizə apararaq daha yaxşı nəticələr almağa çalışacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*