F-1.az xatırladır ki, braziliyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək və onun əvəzinə Robert Kubitsa, Pol di Resta, Paskal Verlyayn və Daniil Kvyat kimi sürücülərin adları hallanır.
Pəddi Lou: “Komanda və sürücülər arasındakı müqavilə danışıqları həmişə gərgin olur. İş görüşmələri adətən gizli olur, amma Formula1-də bunu hamı bilir. Buna görə də işlər qəribə olur. Felipe yaxşı insandır və komanda ilə yaxşı münasibəti var. Buna görə də nə olursa-olsun, aramız yaxşı olacaq”.