F-1.az xatırladır ki, braziliyalı sürücü bu mövsüm 43 xal toplamış və asılqan problemi yaşadığı Azərbaycan yarışında qələbəyə əsas namizədlərdən idi.
Pəddi Lou: “Bolidin performansı üçün böyük meyar nöqtəsi idi. Bokslarda güclü meyar nöqtəsinə həmişə ehtiyac var. Bəzən boksun bir tərəfində istədiyiniz cavabı tapa bilmirsiniz və iki sürücüyə də baxmaq lazım olur. Amma Felipe hər yarış bizi lazımi sazlanmalarla təmin etdi və gördüyü iş dəyərli idi. Zəif olduğu və Lənsə kömək edə bilmədiyi yarış olmadı. Məncə, bu təsiredici idi.
Onun gedişi zamanlama ilə bağlı idi. Felipe Braziliya yarışından əvvəl bir qərar verməyimizi istəyirdi və biz bunu edə bilmədik. Hələ yarışırdı və güclü namizəd idi, amma ona heç bir təminat verə bilmədik. Buna görə də onun təqaüdə çıxmasını qəbul etdik”.