Pəddi Lou: “Maksın bu ilheç bir mübahisəsiz çempionluğu qazanması çox gözəldir. Əslində, onun keçən il titul qazanmasına çox sevindim. Narazılıqlar çox oldu, amma Formula1 risk tələb edən idman növüdür. Həmişə belə olub. Formula1-də ədalətli heç nə yoxdur. Mən özüm də utancverici vəziyyətlərdə olmuşam. Amma bəxt məndə də olub. Ona görə də bu idman növünü izləyir və sevirik. Burada həmişə düzgün olmaq mümkün deyil.
Mercedes-dəki keçmiş həmkarlarım bu il uğur qazana bilmədilər, amma yenə də heyrətamiz iş gördülər və mövsümün sonunda çox layiqli nəticələr əldə etdilər. Bu komandanın qiymətləndirmələrə ehtiyacı yoxdur. Gəlin görək gələn il necə qayıdacaqlar”.