F-1.az xatırladır ki, Mercedes komandası turbo erasında hegemonluq etsə də, Hunqarorinqdə qələbələri yoxdur. Almanlar son iki ildəki yarışlara pouldan başlasalar da, 2014-cü ildə Rikkardonun, 2015-ci ildə isə Fettelin qələbələrinə mane ola bilməyiblər.
Pəddi Lou: “V6 erasında qazana bilmədiyimiz yeganə yarış Macarıstandır. Oranı başa düşmək çətindir və eyni zamanda pouldan çox şey asılıdır. Təqvimin ötmə etmək üçün ən çətin trasıdır. Hava 30 dərəcəyə çıxır və hər iki sürücü üçün də, bolid üçün də çətin yarış olur. Trasın sürəti aşağıdır və asfalta yatma qüvvəsinə görə Monakoya bənzəyir.
SuperSoft təkərlərə görə sıralanma turunun göstəricilərinin keçənilkinə nisbətən sürətli olmasını gözləyirik”.
Qeyd edək ki, Həmilton Macarıstanda 4 yarış qazandığı halda, Rosberqin burada qələbəsi yoxdur…