P.Lou: “Lənslə Ferstappeni müqayisə etmək olmaz”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Ləns Strolla Maks Ferstappeni müqayisə etmək doğru deyil.

F-1.az xatırladır ki, kanadalı sürücü mövsümə pis başlasa da, son iki yarışda 17 xal toplayaraq, tənqidlərə ən gözəl cavab verib – 18 yaşlı sürücü doğma Bakımızda ilk podiumunu qazanmışdı.

Pəddi Lou: “Ləns artıq komandada və boliddə özünü rahat hiss edir. Onu kimləsə müqayisə etmək doğru deyil. Artıq nə etməli olduğunu çox yaxşı bilir. Bakıda hər sessiya və hər dövrədə gücləndi. Bakıdakı sıralanma turunda sarı bayrağa səbəb olmayan 3 sürücüdən biri Ləns idi. Bu da onun inkişafını göstərir. Bir debütant sürücü üçün əla nəticədir. Kanada onun üçün dönüm nöqtəsi oldu və artıq özünə olan inamı artdı. Ümid edirəm ki, insanlar onu kimləsə müqayisə etməkdən əl çəkərlər. Ləns bizim vacib sürücülərimizdəndir və nə etdiyini çox yaxşı bilir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*