F-1.az xatırladır ki, polşalı sürücü Əbu Dabidə təkər testlərində Williams komandasının sükanı arxasına keçib və özünü yaxşı tərəfdən göstərə bilib.
Pəddi Lou: “Sürücü heyətimizi hələ də müəyyən etməmişik. Kubitsa yeganə namizədimiz deyil. Ondan başqa bir neçə sürücünü araşdırırıq. Testlərdə çıxan məlumatları ən yaxşı formada təhlil edəcəyik. Testlər onların performansını görmək üçün əla fürsət idi. Onların hamısını tanıyırıq və ayrılıqda yoxlayacağıq. Komanda üçün ən yaxşı qərarı verəcəyik”.