F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza etdikdən sonra ilk dəfə bu ilin iyun ayında Formula1 bolidi sürmüşdü. 32 yaşlı sürücü Macarıstanda Renault ilə test etdikdən sonra idmana qayıtmaqla bağlı ümidləri artsa da, fransızlar sonda Karlos Saynsı seçmişdilər.
Pəddi Lou: “Robert bizim üçün maraqlı alternativlərdəndir və dəyərləndirməliyik. Onunla maraqlanırıq. Hazırda Felipe ilə də davam etmək fürsətimiz var. Tələsmirik. Bizim üçün vaxt məhdudiyyəti də yoxdur. Digər komandaların heyəti bəlli olduğu üçün tələsmirik”.