F-1.az xatırladır ki, Mercedes bu mövsüm 18 yarışdan 16-nı qazanıb, amma Lou düşünür ki, komandası bu mövsüm gözləntiləri tam olaraq qarşılamayıb: “Proqnoz vermək istəmirəm. Bu mövsüm işlər bizim üçün həmişə yaxşı getmədi və Red Bull da bizimlə oxşar vəziyyətdədir. Mən bu barədə maraqlı yazılar oxudum.
Hər yarışa ayrı-ayrılıqda fokuslanmalıyıq və həftəsonu yarışdan maksimumu çıxarmalısınız. Meksika yüksəklik fərqinə görə qeyri-adi traslardan biridir. Orada mühərrik və aerodinamikanın işləmə aralıqları fərqlidir.
Keçənilki yarış həyəcanlı keçmişdi. Azarkeşlərin marağına görə mövsümün ən yaxşı yarışı idi. 90-cı illərin əvvəllərində də belə idi. Oraya yenidən getmək mükəmməldir”.