F-1.az xatırladır ki, Felipe Massa Monakoda ilk günü 13-cü bitirdiyi halda, komanda yoldaşı Ləns Stroll qəza edərək, sessiyanı erkən bitirmişdi.
Pəddi Lou: “Monakoda məşqlərdə çoxlu dövrələr vurmaq olduqca vacibdir. Proqramımız üzrə gözəl dövrələr vurduq və indi də əldə etdiyimiz məlumatları dəyərləndirməliyik. Massanın burada güclü təcrübəsi var və Lənsə trasla bağlı məsləhətlər verir. Ümumilikdə isə templəri bir-birlərinə yaxındır.
Strollun qəzası vaxt itirməyimizə səbəb oldu. Amma bunu şənbə günü kompensə edə bilərik. Onun inamını itirməməsi çox vacibdir və Strollu dəstəkləməyə davam edəcəyik”.