F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası ilk iki yarışda xal ala bilməyərək, son illərdəki ən pis mövsüm başlanğıcını edib.
Pəddi Lou: “Çox şeyi anlamalıyıq. Üzərində xeyli işləməliyik. İndi əlimizdə daha çox məlumat var. Melburndan sonra haaradasa səhv etmişik. Düzdür, orada da güclü deyildik, lakin Bəhreyndəki kimi zəif də deyildik. Çin yarışından əvvəl problemləri tapmaq istəyirik. Kənardan baxanda heç nə görmürük. Problemi bilsək, belə zəif olmazdıq”.