F-1.az xatırladır ki, sürücülərin təhlükəsizliyini artırmaq üçün Halo sistemindən istifadə olunacaq. Bu sistemin isə maşınının çəkisini 5-6 kq artırması gözlənilir.
Pəddi Lou: “Halonun ağırlığı ən böyük problemlərdən biri olacaq. İnsanlar bu barədə çox danışmırlar. Aerodinamika mövzusunda vacib olacaq. Boliddə əksər detallar haloya görə dəyişdiriləcək və bu, komandaların performans cəhətdən zəifləməsinə gətirib çıxara bilər. Ağırlıq limitinin olması da komandalara əlavə problemlər yaradacaq. Mart ayına qədər komandalar inanmıram ki, tətil edə bilsinlər. Bunlara baxmayaraq, boliddən maksimumu çıxarmaq lazımdır. Əlimizdən gələni edərək, bu prosesi qüsursuz keçirmək lazımdır”.