F-1.az xatırladır ki, Williams komandasının sürücü heyətinin yaş ortalaması 20.5-dir və bu cəhətdən peletonun ən gənc komandasıdır.
Pəddi Lou keçən ilə pis başlayan Ləns Strollun performansını belə izah edib: “Bunun bir hissəsi etdiyi səhvlər idi. Bəziləri isə etibarlılıq problemləri idi. 2017-ci ildə Ləns üçün bu hadisələr problem oldu. Formula1-dəki ilk mövsümündə sürətini göstərə bilmirdi və buna görə də istədiyimiz nəticələri ala bilmirdik.
Bu qısa proses deyil, ancaq uzun olmasını da istəmirəm. Lakin Formula1-də həmişə belə olub”.