F-1.az xəbər vermişdi ki, Ferrari-nin Pəddi Lou ilə maraqlanması ilə bağlı iddialar var və hətta komandanın sürücüsü Sebastyan Fettel mətbuat konfransında mövzuyla bağlı suala cavab verərkən bunu inkar etməmişdi.
Pəddi Lou isə haqqında çıxan xəbərləri təkzib edib: “Ferrari ilə danışıqlar aparmamışam. Eynilə də, onlar mənimlə görüşmək üçün cəhd etməyiblər. Mercedes-də olduğum üçün xoşbəxtəm. Bu, böyük bir komandadır və böyük insanlarla işləyirəm. Toto Volffla yaxşı münasibətimiz var. Ayrılmağım üçün heç bir səbəb yoxdur”.
Qeyd edək ki, Mercedes AMG-nin texniki direktorunun mövsümün sonunda komandası ilə olan müqaviləsinin bitəcəyi, gələn ilin yayından etibarən Ferrari üçün işləyəcəyi də bildirilirdi…