F-1.az xatırladır ki, “qırmızılar” 2020-2021-ci illərdə qələbə üzünə həsrət qalsalar da, 2022-ci ilə güclü başlamışdılar. İlk 3 yarışın 2-i qazanan italyanlar daha sonrakı 19 yarışda sadəcə 2 qələbə görüb. Nəticədə isə hər iki cəbhədə də ikinci yeri tutubar.
Pəddi Lou: “Bu il Ferrari-nin yenidən sürətlənməsini görmək həzz verdi. Yaxşı maşın düzəltmişdilər. Daha yaxşı nəticələr qazanmamaları məyusedicidir, çünki bu maşın daha çox qələbəyə layiq idi. İlk üç komanda arasında güc balansının da dəyişməsi əla idi”.