F-1.az xatırladır ki, 2022-ci ildə texniki reqlament dəyişib və üstəlik komandalar arasında fərqlər azalsın deyə büdcə limiti tətbiq edilib. Buna baxmayaraq, Red Bull, Ferrari və Mercedes rəqiblərinə nisbətən fərqli liqada çıxış ediblər.
Pəddi Lou: “Büdcə limitindən sonra ön tərəfdə yenə də üç komandanın olmasına təəccüblənmədim, çünki mühəndislik cəhətdən hələ də üstündürlər. Güclü maşın düzəltmək üçün yaxşı avadanlıqları var.
Buna görə də komandalar arasındakı balansın dəyişməsi yaxşıdır, ancaq komandalar arasında hələ də fərq çoxdur və bu məyusedicidir”.