F-1.az xatırladır ki, hindistanlılar ilk 11 yarışdan sonra 101 xalla 4-cü, Williams isə 41 xalla 5-ci yerdədir.
Pəddi Lou: “Macarıstandakı testlərin faydalı olduğunu düşünürəm. Burada bolidi təkmilləşdirmək üçün önəmli məlumatlar əldə etdik və mövsümün ikinci yarısında rəqabətədavamlı olmağa çalışacağıq. Dördüncü yer uğrunda mübarizənin tam olaraq bitdiyini deyə bilmərəm. Hələ də Force İndia-nı keçə biləcəyimizə inanıram.
Asfaltla ilişmənin yüksək olduğu Sinqapur və Monako yarışlarında uğurlu ola bilmirik. Amma Sinqapurdakı yarışa hələ çox var və ona qədər üzərimizdə işləyəcəyik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər və ikinci yarının başlaması ilə güclü çıxışımıza davam edərik”.