F-1.az xatırladır ki, Rikkardo Avstraliyada sərbəst yürüşlərdə qırmızı bayraqlardan sonra sürətini azaltmadığı üçün cəza almışdı.
Pəddi Lou: “Rikkardoya görə məyusam. Çünki öz vətənindəki yarışda sərt cəza aldı. Həmişə belə şeylər olur. Hakimlərin qeyri-stabil olduğu deyilir. Amma təhlükəsizlik məsələsində stüartlar çox doğru qərarlar verirlər. Belə şeylərə icazə vermək olmaz. Qaydaların yeni olmasını bəhanə edə bilməzsiniz. Belə olan halda, növbəti dəfə də bu qayda pozuntusuna icazə verməli olacaqsınız. Burada əsas məsələ təhlükəsizlikdir. Yarışda olsa, hər şey daha pis nəticələnə bilər”.