F-1.az xatırladır ki, almaniyalı sürücü bu mövsüm Manor komandasında debüt etmiş və Avstriya yarışında komandasına 1 xal qazandırmışdı. Verlyayn Rosberqin gözlənilməz təqaüd qərarından sonra Mercedes-də yarışmaq üçün ən real namizəd sayılmağa başlayıb.
Lou bildirib ki, bu mövzuda qərar verməzdən əvvəl çox şeyi nəzərə alacaqlar: “Dəqiq heç bir qərar verməmişik. Bütün sürücüləri təhlil edib sonda qərar verəcəyik. Fərqli şeylər var. Bütün sürücüləri performans və stabillik cəhətdən dəyərləndirəcəyik. Sürətli olmaq önəmlidir, amma hər həftəsonu trasa çıxıb xal qazana bilərsiniz? Niko kimi hər yarış xal qazanan sürücü istəyirəm.
Əvvəlcə hansı sürücünün daha əlverişli olacağına baxacayıq. Daha sonra təhlillər aparacayıq. Bütün namizədləri dəyərləndirəcəyik. Əgər Nikonun yerinə daha güclü sürücü tapa bilməsək və bolid sürətli olsa, o pilot vəziyyətə nəzarət edə bilər. Bu hal bizim üçün yaxşı olsa da, Formula1-dəki şou üçün yaxşı olmaz”.