P.Lou: “Bizim yeni maşın sürətli olacaq”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, gələn il üçün hazırlanan maşın çox sürətli olacaq.

F-1.az xatırladır ki, britaniyalı mühəndis mövsümün əvvəlində Mercedes komandasını tərk edərək Williams komandasının texniki departamentinə başçı təyin olunmuşdu. Ona görə də Lou builki maşının konstruksiyasına ciddi təsir edə bilməmişdi, amma 2018-ci ilin maşını tam onun rəhbərliyi altında hazırlanır və sələfindən tam fərqlənəcək…

Pəddi Lou: “Yeni maşın sələfindən əsaslı surətdə fərqlənəcək. Bir çox sahələrdə biz indi tam başqa fəlsəfəni tətbiq edirik. Biz bütün istiqamətlərdə işləyirik ki, yeni maşının effektivliyini artıraq və artıq bəzi uğurlar əldə etmişik.

Williams-da çox güclü mühəndislər var, onlar son illərdə müxtəlif komandalardan gəliblər, ona görə də bizim nə kadr, nə də ideya kasadlığımız yoxdur. Mühəndislər bilirlər ki, qələbə qazanmaq üçün nə lazımdır. Biz bu ideyalardan ən yaxşılarını götürərək sürətli maşın hazırlamışıq.

Formula1-in mahiyyəti rəqabətdir, bunun üçün biz bütün sahələrdə rəqabətədavamlı olmalıyıq. Uğur qazanmaq üçün istedad, zaman və pul lazımdır. Pulun az və ya çox olması problem deyil, əsas əlimizdə olandan effektiv istifadə etməkdir.

Mən hesab edirəm ki, əlimizdə olan resurslardan daha effektiv istifadə edə bilərik, komandanın yeni uğurları isə yeni sərmayə cəlb etməyə imkan verəcək, bundan sonra növbəti addımı atmalıyıq. Bu, F1 komandasının inkişaf prinsipidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*