P.Lou: “Bakıdan daha çox xalla ayrıla bilərdik”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Bakı yarışında daha çox xal ala bilərmişlər.

F-1.az xxatırladır ki, britaniyalı komanda Bakıda gənc sürücüsü Strolla 8-ci olaraq 4 xal qazanıb və bu xallar onlar üçün mövsümdə ilk olub.

Pəddi Lou: “Bakıdakı həftəsonu ərzində orta qrupun rəqabətədavamlı komandalarından idik. Buna görə də Sergeyin ilk dövrədə mübarizəni dayandırması pis oldu. Buraya gələndə bol insidentli yarış olacağını gözləyirdik. Məqsədimiz qüsursuz yarış keçirib damalı bayrağı görmək idi. Belə olan halda yaxşı xal qazana bilərdik. Bir tərəfdən sevinirik. Digər tərəfdən isə yaxşı xal qazana biləcəyimiz yarışdan 4 xalla ayrıldığımız üçün məyusuq. Amma ilk xalları qazanamaq gözəl oldu. Ümid edirəm ki, İspaniyada da onluğa düşərik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*