P.Lou: “Bakı çətin olacaq”

Williams komandasının texniki direktoru Pəddi Loi bildirib ki, Ləns Strollun yenidən Bakıda podiuma çıxmaq şansı yoxdur.

F-1.az xatırladır ki, kanadalı sürücü keçən il Bakıdakı xaotik yarışda 3-cü olaraq karyerasının ilk podiumunu qazanmışdı.

Pəddi Lou: “Bu həftəsonu Bakıda 3-dəfə yarışacağıq və o tras təqvimdəki ən gözəl traslardandır. Qala divarlarının yanındakı yavaş döngələrdən uzun düzlüyə çıxırsan. Buna görə də inanılmaz xarakteristikası var. Ləns növbəti dəfə podiuma yüksəlsə, çox səs-küy yaradar. Bakıda yarışmaq üçün səbirsizlənirik. Azərbaycanlı fanatlara gözəl şou göstərmək istəyirik. Rusiya və Azərbaycan yaxın qonşudurlar və buna görə də ümid edirik ki, Sergeyə yaxşı dəstək verərlər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*