P.Lou: “Atdığımız dövrələrin əhəmiyyəti yoxdur”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, bu gün cümə sərbəst yürüşlərində atdıqları 14 dövrənin əhəmiyyəti yoxdur.

F-1.az xatırladır ki, Williams komandası qış testlərində Strollun etdiyi qəzaya görə yağış təkərləri testlərində iştirak edə bilməmişdi.

Pəddi Lou: “Sözün açığı, bütün komandalar heç nə öyrənə bilmədilər. Bəlkə də ən karlı komanda bizik. Barselonadakı yağış təkərləri testlərində iştirak edə bilmədikdən sonra bu, bizim üçün əla fürsət oldu. Amma atdığımız dövrələr elə də böyük əhəmiyyət kəsb etmirdi. Yenə də sərbəst yürüşlərin bir hissəsində yağış təkərləri ilə, bir hissəsində isə keçid təkərlər ilə dövrələr vurduq. Bolidin belə hava şəraitində necə reaksiya verəcəyini az da olsa bilirik.

Ləns əla dövrələr vurdu. Belə çətin şəraitdə bunu edə bilməsi bizi təsirləndirdi. Hazırda sıralanma turu və yarış üçün görüləsi çoxlu işlərimiz var. Bunları həll etmək üçün sabahkı sərbəst yürüşlər böyük əhəmiyyət kəsb edir. Ümid edirəm ki, yarışa ən yaxşı formada hazır olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*