P.Hembri: “Yeni qaydalar yarışları həyəcanlandırdı”

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, 2016-cı ildən etibarən tətbiq edilən 3 fərqli təkər seçimi qaydası idman üçün uğurlu olub...

F-1.az xatırladır ki, əvvəllər yarışlara iki fərqli quru təkər növü gətirilirdi, amma bu ildən hər yarışa 3 fərqli quru təkər növü gətirilir. Bu qayda birinci dəfə mövsümün ilk yarışı Avstraliya QP-də tətbiq edilib.

Pol Hembri yeni təkər qaydası barədə danışıb: “Əvvəlki illərdə istifadə edilən qaydalara baxanda, onu deyə bilərəm ki, yeni qayda uğurlu alınıb.

Keçən il bu yarışda hamı bir dəfə pit-stop etmişdi, amma builki yarışda komandalar 2-3 dəfə pitə gəldilər.

Ona görə də biz deyə bilərik ki, yeni qayda uğurlu alınıb.

Yeni qaydaların üstünlüyü odur ki, siz vəziyyətə görə taktikanı dəyişə bilərsiniz.

Məsələn, sıralanma turunda zəif nəticə göstərsəniz və ya siz strategiyanı dəyişdirmək istəsəniz, sizin daha çox seçim etmək şansınız olacaq.

Ona görə də yeni qayda hələki işə yarayır. Əgər belə davam etsə, biz bu qaydanı 2017-ci ildə də tətbiq edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*