Pirelli Motorsport-un başçısı Pol Hembri yarışın çox çətin şəraitdə keçdiyini, yarımçıq saxlanılmadığı üçün tamaşaçılara görə sevindiyini bildirib.
Pol Hembri: “Biz Braziliyada inanılmaz şəraitdə keçirilən heyrətləndirici yarış izlədik – sürücülər həm yağış, həm də keçid təkərlərdə çox yaxın – təkər-təkərə mübarizə apardılar. Çox şadam ki, aradakı uzun fasilələrə baxmayaraq, yarış sona qədər keçirildi və tamaşaçılar izləyə bildilər. Çox mürəkkəb və uzun yarış idi. Fantastik çıxışlar gördük. Ferstappeni, Nasrı və Alonsonu xüsusilə qeyd etməliyəm. Onlar sona qədər mübarizə apardılar və sübut etdilər ki, belə çətin şəraitdə də əla pilotajlıq nümayiş etdirmək mümkündür”.