F-1.az xatırladır ki, Britaniya komandası keçən il Mühəndislər Kubokunda sonuncu olduqdan sonra bu il də mövsümə bərbad başlayıb. Komanda əvvəlcə yeni bolidi testlərə gecikdirib. Avstraliya yarışında isə komanda çox zəif təsir bağışlayıb. Böyük ümidlərlə gətirilmiş Pəddi Lou da gedib və Avstraliya yarışında ehtiyat hissə problemi yaşanıb.
Patrik Hed 1976-cı ildə Frenk Uilyamsla birlikdə Williams komandasını qurub və o dövrlər komandada baş konstruktor olub. Williams-ın səhmdarlarından olan Hed 9 dəfə Mühəndislər, 7 dəfə Sürücülər Çempionatının qalibi olub. Britaniyalı mütəxəssis 2011-ci ildə komandadan ayrılıb. Ondan sonra Williams 1 qələbə qazanıb və iki dəfə Mühəndislər Kubokunda üçüncü olub. Hed komandaya məsləhəçi kimi qayıdıb, qısamüddətli müqavilə bağlayıb və Şanxay yarışından padoka qayıdacaq. Patrikin komanda körpüsündə hər hansı bir vəzifəsi olmayacaq.