F-1.az xatırladır ki, gənc sürücü iki ildir Haas komandasında developer sürücü kimi işləyir. Braziliyalı pilot bu il Super Formula seriyasında çıxış edəcək və Haas-da daha böyük vəzifə istəyir.
Danimarka mətbuatının verdiyi xəbərə əsasən, Formula1 tarixinin ilk braziliyalı Dünya Çempionu Emmerson Fittipaldinin nəvəsi Pyetro artıq komandanın test sürücüsü olacaq. Xatırladaq ki, komanda bu vakansiya üçün Robert Kubitsanı cəlb etmək istəsə də, polşalı pilot Alfa Romeo-ya getmişdi.